·
Dost dosta tən
gərək-tən olmasa gen gərək.
·
Dost dostu dar gündə
sınayar.
·
Dostsuz insan qanadsız
quş kimidir.
·
Dostunu mənə göstər,
Deyim sən kimsən.
Qardaş dost olmaya bilər,amma
dost həmişə qardaş olmalıdır - Dostluğun birinci şərti etibardır
- Mənfəət xatirinə qurulan dostluğa "alver" deyilir
- Müharibə igidi,qəzəb müdriki,ehtiyac isə dostu sınağa çəkir
- Dostunun sağ ayağı axsayırsa,sən sol ayağınla axsa ki,dostluğunuz daim müvazinətdə olsun
- Dostlar müxtəlif bədəndə bir ruhdurlar
- Dostluq ii ruhun evlənməsidir,bu izdivacda boşanma,yaxud ayrılığı dilə gətirmək belə günahdır
- Dost rahatlıq verən bir məlhəmdir
- Müsibətlərin yaxşı tərəfi varsa, o da bizə dostlarımızın kim olduğunu göstərməsidir
- Evin qiyməti ora gələn dostlardan bilinər
- Cahil və nadan dostdan ağıllı düşmən yaxşıdır.
- Həqiqi dostu olanın güzgüyə baxmağa ehtiyacı qalmaz.
- Dostu olmayan bu dünyada qəribdir
- İnsanlarla elə davran ki,dostların sənə düşmən olmasın,əksinə,düşmənlərin səninlə dost olsun.
- Mənə hər şeydə mənimlə razılaşan,mən başımı əyəndə başını əyən dost lazım deyil.Ona qalsa kölgəm də dostumdur.
- Həqiqi dostluqdan başqa,bütün münasibətlər müvəqqətidi
- Dostlar iki cür olur:birincisi sizi güldürənlərdir ki,onlara çox etibar etmək olmaz;ikincisi sizi düşündürənlərdir ki,onların qədrini bilmək lazımdır.
- Biz dostun köməyindən çox,bu köməyi ala bilmək inamına ehtiyac duyuruq
- Əsl dost misilsiz xəzinədir:xoşbəxtliyi artırar,dərd-qəmi azaldar
- Dostluq ömrün sonunadək boy atan bir ağacdır
- Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar.
- Dost insanın ikinci özüdür
Комментариев нет:
Отправить комментарий